Endirimlər
Pulsuz
Quraşdırılma

Haqqımızda

“Nord Texnika” şirkəti "POLAIR", "POLUS", "RADA" nişanları altında soyuducu və satış avadanlıqları istehsal edən "POLAIR" qrupunun (www.polairgroup.ru) rəsmi nümayəndəliyidir.

"POLAIR" ticarət nişanı yüksək keyfiyyətli, professional soyuducu avadanlıqlarının geniş çeşididir: orta, universal və aşağı temperaturlu soyuducu kabinələr (paslanmayan polad, həmçinin sinklənmiş polad örtüklü), səndviç-panelli sürətli quraşdırılan soyuducu kameralar, tək bloklu soyuducu qurğular və split sistemlər, sürüşən şüşə və ya bərk örtüklü soyuducu sandıqlar, soyuducu masalar. 

"POLUS" ticarət nişanı  supermarket, mağaza, restoran, bar və qənnadı üçün vitrin, divar və masaüstü soyuduculardır.

"RADA" ticarət nişanı altında satış müəssisələri və HoReCa üçün geniş çeşidli texnoloji avadanlıqlar istehsal edilir.

"TM POLAIR" soyuducu avadanlıqları hər növ satış mağazaları, həmçinin ictimai iaşə müəssisələrinin təchizatı üçün istifadə edilir. Mağaza avadanlıqları olaraq, "POLAIR TM" məhsulları birbaşa supermarket və hipermarketlərin satış sahələrində, həmçinin köməkçi sahələrdə quraşdırılır.

"POLAIR" ticarət nişanı 1990 – cı ildən Rusiya və MDB ölkələrində tanınır. Bugün "POLAIR" zamanla sınaqdan keçirilmiş Rusiya istehsallı avropa texnologiyasıdır.  Bu marka peşəkarlar üçün etibarlığın təminatıdır. Bəyan edilən xüsusiyyətlərə tam uyğunluq, 100% - li ekoloji istehsal texnologiyası "POLAIR" məhsullarının yüksək keyfiyyət standartını təyin edir.

Siz biznesinizin xüsusiyyətinə və təbiətinə xas olan özəl texniki göstəricilərə malik məhsul sifariş edə bilərsiniz -  biz müvəffəqiyyətinizin ayrılmaz hissəsi olacaq xüsusi avadanlıq dəyişiklikləri etməkdən məmnun olarıq.